"Düşüncələrimiz bizim yol xəritəmizdir" - ŞÜURALTI TERAPİSTİ DETALLARI AÇIQLADI

"Düşüncələrimiz bizim yol xəritəmizdir" - ŞÜURALTI TERAPİSTİ DETALLARI AÇIQLADI

"Düşüncələrimiz bizim yol xəritəmizdir". Bu sözləri SİA-ya açıqlamasında təlimçi, motivator, numeroloq, Teta-healier, bioenerji uzmanı, yaşam koçu, astroloq Vüsalə Əliyeva deyib.

O bildirib ki, bizi məhz getmək istədiyimiz yerlərə aparıb çıxaran düşüncələrimizdir: "Eyni zamanda düşüncələrimiz bizim danışığımızda əks olunub. Çalışıb hər zaman pozitiv düşünməliyik ki, gedəcəyimiz yolda məhz bu istiqamətdə və uğuryönümlü olsun. Amma çox təəssüf ki, bizim istər şüuraltımızda, istərsə də dilimizdə kifayət qədər neqativ yüklü söz qəlbləri var.

Uşaqlığımızdan ailəmizdən, ətrafımızdan, daha sonralar cəmiyyətdən bizə miras olaraq qalan bu neqativ dil qəlibləri bizim şüuraltımızdan təmizlənmədikcə biz olmaq istədiyimiz mövqedə ola bilmərik. Yaxud da, olduğumuz mövqe bizi qane etməyəcək. Məsələn, "pul əl çirkidir" deyimi ilə böyüyən bir uşaq hər zaman puldan uzaq duracaq və şüuraltı ondan hər zaman pul enerjisini uzaqlaşdıracaq.
Yaxud, "çörək aslan mədəsində" ifadəsiylə böyüyən bir uşaq hər zaman çörək qazanmaq üçün əziyyətli, zorlu, çətin işləri öz həyatına çəkəcək .Çünki onun şüuraltında olan neqativ qəliblər onun həyatına ancaq belə işlərin enerjisini çəkir.

Bir digər neqativ şüuraltı kodlamamız isə "dar gün üçün yığılan pullar" ifadəsidir. Heç zaman bu düşüncə ilə yığılan pulların xeyir işlərə xərclənmədiyini və onu qazanan insanın qazancının çoxunun xoş olmayan işlərə xərcləndiyini, yaxud heç vaxt yaxşı işlərə ayıra biləcək yetərli pulunun olmadığını görürük".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə