“Əgər övlad təminatsız valideynini könüllü olaraq saxlamırsa…” - HÜQUQŞÜNAS İZAH ETDİ
“Aliment almaq hüququ uşaqlara, valideynlərə, nənə və babaya da şamil edilir. Bu, Ailə Məcəlləsi ilə tənzimlənir. Əgər övlad təminatsız valideynini könüllü olaraq saxlamırsa, baxmırsa, bu zaman məhkəmə qərarı ilə ona aliment təyin edilə bilər”. Bu sözləri SİA-ya danışan hüquqşünas Sahib Məmmədov deyib.
Onun sözlərinə görə, valideyn atalıq və ya analıq hüququndan məhrum edilməyibsə, bu hal tətbiq olunur: “Şəxsin özünün əmək qabiliyyəti varsa, ahıllıq yaşına çatmayıbsa, o, qanunvericiliyə görə özünü təmin etməlidir. Burada onun işləməsi üçün heç bir məhdudiyyət yoxdur. Dövlətin də vətəndaş qarşısında öhdəliyi mövcuddur. "Sosial xidmət haqqında" qanuna görə, çətin həyat şəraitində olan insanlara dövlət kömək etmək üçün üzərinə öhdəlik götürüb. Çətin həyat şəraitinə düşmə anlayışı da qanunvericiliklə təsbit olunub. Ahıl insanın ona qulluq edən hər hansı bir yaxını olmasa, dövlət onun sığınacağa yerləşdirilməsini təmin edir. Bu, valideynlərini itirmiş uşaqlara da şamil olunur”.
Hüquqşunas evi olub özünə qulluq edə bilməyən qocalara da dövlət tərəfindən xidmət göstərildiyini bildirib: “Dövlətin öhdəlikləri bu halda yaranır. Əslində dövlətin istisna hallar xaric elə bir öhdəliyi mövcud deyil. Alim, şair, artist və ya başqa peşənin sahibi özünü təmin edə bilməyibsə, yaxud digər səbəblərdən çətin şəraitə düşübsə, dövlətin bu şəxslər qarşısında öhdəliyi yoxdur”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB