"Uşaq orucu" deyə bir anlayış yoxdur. Lakin həddi buluğa çatmamış uşaqlar əgər oruc tutmaq istəsələr, tab gətirənə qədər tuta, sonra aça bilərlər. Çünki onlara oruc vacib olmadığı üçün orucu yarımçıq açmaq da günah deyil. Lakin oruc tutmaq mükəlləf olan müsəlmanlara fərzdir. Mükəlləf dedikdə, ağıllı, müsəlman, sağlam, muqim (yəni səfərdə olmayan) və həddi-büluğa çatan şəxslər nəzərdə tutulur. Həddi-büluğ isə qızlarda 9, oğlanlarda 14 yaş götürülür. Yəni, həddi-büluğ hər ölkədə şəraitə, təbiətə görə müxtəlifdir”. Bu sözləri SİA-ya açıqlamasında ilahiyyatçı Tural İrfan deyib.

İlahiyyatçı hesab edir ki, uşaqlar əgər oruc tutmaq istəsələr qarşını almaq olmaz, bir şərtlə ki, sağlamlıq problemi yaranmasın: “Lazım gələrsə, həkimlə məsləhət etmək lazımdır. Quran oxumaq, namaz qılmaq uşaqlar üçün xoşgörüləndir. Ancaq oruc tutmaq bir qədər zəhmət tələb edən, daha ciddi məsələ olduğu üçün uşaqlar barədə diqqətli olmaq lazımdır. Həmçinin bəzi ailələr uşaqları məcbur edirlər, oruc tutmayanda danlayırlar. Bu doğru deyil”.
“Din məhəbbətdir. İkrah etmək olmaz. Təşviq etmək, həvəsləndirmək daha yaxşıdır. Oruc sağlamlığın rəhnidir. Amma oruc səhər dan üzü ağarmamışdan başlayaraq gün batana qədərdir. Günortaya qədər oruc yoxdur”,- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB