Azərbaycanda güclü zəlzələ gözlənilir? - DİQQƏT! - QURUM RƏSMİSİ AÇIQLADI

Azərbaycanda güclü zəlzələ gözlənilir? - DİQQƏT! - QURUM RƏSMİSİ AÇIQLADI

Tayvanda, eləcə də dünyanın bəzi yerlərində güclü zəlzələlər baş verib. Bəs Azərbaycan bu kimi güclü zəlzələrə hazırdırmı? Nə vaxtsa belə zəlzələlər baş verə bilərmi? Özümüzü necə qorumalıyıq? SİA mövzu ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin fikirlərini öyrənib.

O bildirib ki, elə bir il olmur ki, dünyanın seysmik bölgələrində bu cür maqnitudası yüksək olan zəlzələlər baş verməsin: "İndoneziya, Yaponiya, Çin və digər ölkələr seysmoaktiv zonalardır. Onların da ən dəhşətlisi 2011-ci ildə Yaponiyada olmuşdur. Bunların heç birinin Azərbaycana təsir dairəsi, gücü yoxdur. Çünki Azərbaycanın bu ölkələrlə teknotik cəhətdən heç bir əlaqəsi yoxdur.

Azərbaycanda da zəlzələlər var, olub və olmalıdır. Ancaq qaldı ki, hiss olunan xırda təkanlara bunlar həmişə hiss olunur. Allah uzaq eləsin o cür təhlükəli zəlzələləri. Elə bir zonamız yoxdur ki, aparılan tədqiqatların nəticəsi göstərir ki, yaxın günlər üçün 7 və 7-dən yuxarı dəhşətli zəlzələ gözlənilsin.

Yer daxilində teknotik proseslər gedir, həmişə də belə olub. Yer də canlı insan kimi nəfəs alır, hərəkətdədir. Qorxulu bir şey yoxdur".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə