Kök ailəsindən ayrıla bilməyən şəxslərin ailə həyatı necə olur? - PSİXOLOQ FİKRİ

Kök ailəsindən ayrıla bilməyən şəxslərin ailə həyatı necə olur? - PSİXOLOQ FİKRİ

“Ailə elə bir kiçik dövlətdir ki, onu qurmaq üçün hər kəsin daxilində potensial olmalıdır. Ailə quran şəxs onu hiss etməlidir ki, “Mən ailə qurmağa hazıram, ya yox?””. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova deyib.

Gülər Məmmədova sözlərinə belə davam edib: “Ailə müstəqil həyata qədəm qoymaq, iki şəxs arasında bir ahəngin yaranmasıdır ki, istək və sevgi, yaxud da tanışlıq əsnasında qurulur. Ailə müəyyən tanış etmələr, insanların məsləhəti, təklifi, zövqü, sevgisi, bir-birilərini bəyənmələri ilə sonda ənənəvi olaraq birgə yaşayışı üstün tutub bir evdə bütün qayğıları bölüşmək üçün qurulan bir prosesdir.

Hər iki şəxs ailəsindən aldığı tərbiyəni öz ailəsində tətbiq etmək istəyir, bu da normal hesab olunmur. Çünki hər kəsin özünün aldığı bir fərdi tərbiyə konsepsiyası var, hər kəsdə bu özünəməxsusidir. Ola bilsin ki, birgəyaşayışda bu özünü doğrultmasın və müəyyən bir konfliktlərə səbəb olsun. Ona görə də hər kəs ailə qurub da onun müəyyən bir əziyyətlərinə, onu sürdürmək üçün onun müəyyən bir keyfiyyət və xüsusiyyətlərinə ram olmaq istəmir. Çünki məsuliyyəti öz üzərinə götürmək istəməyən, öz azadlığını əlindən buraxmaq istəməyən insan kiməsə cavabdeh olmaq istəmir, məişət qayğılarından uzaq olmaq istəyir, hələ valideyn olmağa hazır deyil. Ona görə öz ailəsindən qopa bilmir.

Valideynə qarşı bəzi simbioz bağlılıqlar var ki, bu cür sinbioz bağlılıqlardan dolayı da hər bir övlad ata-anasını qoyub ailə qura bilmir, çətinlik çəkir. Çünki çox ciddi bir bağlılığı var. O bu bağlılığı o qədər ciddi hesab edir ki, pataloji olaraq onun başqa bir ailəyə getməsi, başqa insanlarla yenidən doğmalıq qurması onun üçün çox çətin gəlir. Ona görə də ailə qurmaqda əziyyət çəkir. Ələlxüsus da orada valideyn olmaq problemi varsa, bu kimi düşüncələr də bəzən ailə qurmaqda çətinlik törədir. Bu səbəbdən insanlar daha çox azad olmağa, öz məsuliyyətini özündə tapmağa çalışırlar, başqasının məsuliyyətini çəkmək istəmirlər, daha sərbəst olmaq istəyirlər, öz hələrinə sonra yox demək istəmirlər, və yaxud da öz yoxlarına sonradan hə demək istəmirlər deyə öz birinci ailələrindən çıxmaq istəmirlər. Çünki birinci ailədə valideynlər artıq onları lap körpə ikən artıq onları anlamış və bu müəyyən yetkin yaşa qədər qəbullanmışdır.

Bununla yanaşı, bir çox ailələrdə isə əksinə olur. Belə ki, öz birinci ailəsindən qopub da yeni bir ailə qurmaq istəyir. Bir qisim insanlar isə həqiqətən ənənəvi olaraq ailənin gözəl bir quruluş, sevgi ilə dolu olan bir məkan olduğunu duyub birgə yaşamağı üstün tutur və bundan sonra da əgər ailənin təməlində sevgi, qarşılıqlı anlaşma varsa, orada müəyyən bir sərhədlər çizilirsə, bu ailədə yaranmış konfliktlər konstruktiv konfliktlər olur. Yəni dağıdıcı olmur. Konflikt bilirik ki mümkünsüzdür. Ailələr konfliktsiz ötüşməz. Amma hər kəs bu kimi aşmalı olan mərhələləri göz önünə gətirir və bu çətinliyə onların dili ilə desək ram olmaq istəmir. Onlar üçün bu çətin hesab olunur”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə