Minatəmizləmə Agentliyi tərəfindən mətbuat konfransı keçirilir - YENİLƏNİR - FOTOLAR
Bu gün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən mətbuat konfransı keçirilir. SİA xəbər verir ki, konfransda Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, Agentliyin Əməliyyat idarəsinin rəisi Rahib Quliyev, Agentliyin Maarifləndirmə, beynəlxalq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Ramil Əzizov, media nümayəndələri iştirak edirlər.
Sədr Vüqar Süleymanov açılış nitqi ilə konfransı açıq elan edib.
Məlum olduğu kimi 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü kimi qeyd olunur.
Konfransdan sonra “Qarabağ” və “Neftçi” amputant futbol komandalarının oyunu baş tutacaq. Tədbirdə dövlət rəsmiləri, ölkəmizdə akkreditə olunmuş səfirlik nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB