Ana südü olmasa, uşaqlara nə vermək olar? - PEDİATR MÜNASİBƏT BİLDİRDİ
"Təbii ki, bütün uşaqların keyfiyyətli inkişafını, normal çəki, boy artımını təmin etmək üçün orqanizmin immun sistemini gücləndirmək üçün, vitamin və mineral defisitini körpənin orqanizmindən azad etmək üçün yaxşı olar ki, bütün analar uşaqlarına ana südü versinlər". Bu sözləri SİA-ya açıqlamasında pediatr Sevda Novruzova deyib.

O bildirib ki, ana südü olmaması hansı hallarda müşahidə olunur: "Bəzən analar doğuşdan sonra südlərinin azlığından və uşağın doymamasından şikayət edirlər. Bu baxımdan süni qidalara keçmək məcburiyyətində qalırlar. Bütün analara doğum evlərində, uşaq poliklinikalarında bu məlumatlar verilməlidir ki, ilk ana olduğu vaxtlardan bir müddət sonra süd axını daha da yaxşılaşır və normal süd ifrazı müşahidə olunur. Südüm azdır deyib uşağı süni qidaya keçirməyin mənası yoxdur. Onsuz da, yeni doğulmuş uşağın mədəsi də kiçik olduğuna görə ananın südü ona kifayət edir. Amma müəyyən xəstəliklər var ki, təbii ki, burada ana südü ilə qidalanma əks göstərişdir.
Bu olduğu təqdirdə ana nə etməlidir? Analar ana südünü başqa süni qidalarla əvəz etməlidirlər. İlk olaraq onu çatdırmaq istəyirəm ki, ana südünə tərkib etibarilə ən yaxın süd keçi südüdür. Amma onu da hamı tapmaya bilər. Süni qidaların tərkibində olan komponentlər ana südünün tərkibinə uyğun olaraq hazırlanır və məcburiyyət qarşısında analar süni qidalardan istifadə etmək məcburiyyətində qalırlar. Amma hamıya məsləhətim odur ki, əgər uşağınızın sağlam, normal inkişafının sürətli getməsini istəyirsinizsə, həm fiziki, həm də əqli inkişafının yüksək olmasını istəyirsinizsə, uşaqlarınızı ana südü ilə qidalandırın".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB