“Qanun olmayan yerdə, hər bir özbaşınalıq olacaq” - QURUM RƏSMİSİ İRAD BİLDİRDİ
“Təəssüflər olsun ki, ölkəmizdə qidaların ekoloji təmiz olması ilə bağlı heç bir monitorinq keçirilmir. Baxmayaraq ki, 2008-ci ildə “ekoloji təmiz kənd təsərrüfatı” haqqında qanun qəbul olunmuş və burada çox əhəmiyyətli məsələlər yer alıb. Lakin nə Kənd Təsərrüfatı Nazirliyi, nə də biznes qurumları bu qanunun həyata keçirilməsində heç bir fəallıq göstərmədilər. Həmin qanunda genetik modifikasiya olunmuş orqanizmlər ekoloji təmiz olmayan mal kimi təqdim olunur və tələb olunurdu ki, onlardan əmələ gələn kənd təsərrüfatı məhsullarının etiketində mütləq bu amillər qeyd olunmalıdır. Lakin biz bunu da görmədik”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
O bildirib ki, biznes qurumları bu cür əhəmiyyətli qanunun həyata keçirilməsi üçün heç bir təşəbbüs göstərmədilər: “Yalnız Qərb bölgəsində 300-ə yaxın fermer ekoloji təmiz kənd təsərrüfatı məsulları istehsal etməyə başladı. Həmin fermer təsərrüfatları Avropaya birbaşa məhsul ixrac etdilər.
Lakin keçən ilin ortalarından bu qanunun ləğv olunması barədə Kənd Təsərrüfatı Nazirliyi və AQTA “əl-ələ verib” qanunun ləğvi məsələsini qaldırıblar. Bu məsələ ilə bağlı Azad İstehlakçılar Birliyi çox böyük narahatlıq keçirir. Biz Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev, AQTA-nın rəhbərliyi ilə birbaşa görüşlər keçirmişik. Milli Məclisdə çıxışım zamanı bu qanunun ləğvinin çox böyük zərərlər gətirəcəyini bildirmişəm. Çünki qanun olmayan yerdə, hər bir özbaşınalıq olacaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB