Yaşı qədimdən-qədim xalqın söz yadigarı, ulularımızın mirasıdır laylalar. Milli yaddaşımızın yadigarı olan bu nümunələr uzun illər boyu millətin gələcəyi olan uşaqların beşiyi üstdə oxunduğu, adət-ənənələrimizi, zövqümüzü, dəyərlərimizi qoruyub yaşatdığı üçün sevilib, əsrlərin sınağından keçə-keçə nəsillərdən-nəsillərə ötürülüb. Tarixən nənələrimizin sinəsi sözlü-söhbətli olub, bu söz-söhbətlər hikmətli xəzinəyə, haxıştalara, bayatılara, eləcə də nazlamalara, laylalara çevrilib. İnsan beyni inkişaf etdikcə son dərəcə açıq və işləndikcə işıldayan bir dəmir kimidir. Onu nə qədər bəsləsəniz inkişafını da o dərəcədə sürətləndirmiş olacaqsınız. Musiqi və ninnilər də körpənizin beyin hüceyrələri ilə ilk tanışlığı və xarici aləmə ilk xəbərdarlığıdır. Buna görə də ana bətnində olandan başlayaraq və xüsusi ilə də doğum sonrasından başlayaraq körpələrə həzin musiqi, klassik musiqi və ninnilər dinlətməyiniz tövsiyyə olunur. Laylaları körpənin anadan aldığı ilk dərs kimi qiymətləndirsək, folklorun uşağın inkişafında rolu nə ola bilər?
SİA bu mövzu ilə bağlı psixoloq Nərgiz Hüseynovanın fikirlərini öyrənib.

O bildirib ki, uşaq doğulanda bir böhran keçirir: "Çünki o ananın bətnində özünü rahat, təhlükəsiz hiss edirdi. Birdən-birə tanımadığı dünyaya gəlir, orada da özünü hələ də ana ilə bir hiss edir. Ana, nənələrin layla oxuması uşaqda sakitlik, rahatlıq, həyati təhlükəsizlik formalaşdırır. Həmçinin uşağın ana ilə təmasına kömək edir. Ana ilə uşaq 3 yaşa qədər özünü bir hiss edirlər. Ona görə də ananın keçirdiyi hər hiss uşağa ötürülür. Əgər ana yaxşı, təhlükəsizdirsə, rahatdırsa, uşağa da o hissləri ötürür. Əgər laylalar oxunursa, bu, uşaqların şüuraltısına çox yaxşı təsir edir: "ana rahatdır, mən də rahatam".
Laylalar oxunarkən uşağın əqli inkişafına, nitqinə, beynində gedən digər proseslərə də çox yaxşı təsir edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB