Özünüzü davamlı olaraq yorğun, gücsüz, halsız hiss edirsiniz? Günümüzdə çox rast gəlinən bu problemin cavabı xroniki yorğunluqdur. Xroniki yorğunluq bir sindromdur. Xüsusilə təhsilli, gəlir səviyyəsi yüksək və çalışan seqmentdəki ağ irqdə daha sıx görülür. Ruhi yorğunluğun öhdəsindən gəlmək üçün nə etməliyik? Necə keçmiş və gələcək arasında qalmaya bilərik?
SİA mövzu il bağlı psixoloq Vüsalə Əmiraslanovanın fikirlərini öyrənib.
O bildirib ki, insanın ruhunu yoran çoxlu faktorlar var: "Bunlardan biri keçmişə, digəri də gələcəyə bağlı olmasıdır. Bunun fəsadlarını biz görürük. Daha çox keçmiş günahlarını düşünmə, keçmişdə baş verənləri bağışlaya bilməmək, həmçinin də gələcək qayğıları bizim ruhumuzu yorur. Bəzən insan fiziki olaraq özünü yorarsa, bu da onun ruhi yorğunluğuna gətirib çıxarır.
Keçmiş və gələcək arasında qalmamaq üçün bu günümüzü hiss etməliyik, indi baş verən hadisələri müşahidə etməliyik. İndi bizi nə xoşbəxt edirsə, onları tapmalıyıq. Bu günümüzdə gələcəyimiz üçün nələr edə biləriksə, onun çalışqanlığını həyata keçirməliyik. Əsas məsələ budur. Əgər biz keçmiş və gələcək arasında qalırıqsa, deməli, birində qorxu, birində də travma yaşamışıq. Qorxunu aradan qaldırarıqsa, biz yenə də bu günümüzə fokuslanırıq və ruhumuz daha az yorulmuş olur.
Ruhu yoran faktorlardan biri də insanlarla münasibətlərimizdəki xəyal qırıqlığıdır. Bu bizim ruhumuzu yorur. Çalışmaq lazımdır ki, ünsiyyətdə olduğumuz insanlara qarşı çox seçici olaq. Bundan əlavə işimizi, peşəmizi çox sevək, ona bağlı olaq, bununla bağlı araşdırmalar edək. Ailəmizə, sevdiklərimizə zaman ayıraq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB