Naxçıvanda 9,3 mindən çox sosial ödənişlər e-sistem üzərindən aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə işlər nəticəsində Muxtar Respublikada da sosial ödənişlərin elektron sistemlər üzərindən proaktiv təyinatı mexanizmləri qurulub. Naxçıvan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən SİA-ya verilən məlumata görə, muxtar respublikada artıq 9,3 mindən çox pensiya, müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.

Nəticədə həmin sosial ödənişlərə hüququ yaranmış şəxslərin müraciətinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan proaktiv qaydada bu ödənişlərin təyinatı həyata keçirilib.

Eyni zamanda, Naxçıvan MR-də də artıq e-sosial.az portal üzərindən pensiya barədə məlumat almaq, e-arayışlar əldə etmək imkanı yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə