Ukraynanın Azərbaycandakı səfiri İdrak Camalbəyli haqqında danışıb - FOTOLAR

İdrak Camalbəylinin reportajlarında həmişə real hadisələr, eləcə də əllərində silahla öz doğma torpaqlarını müdafiə edən insanların hissləri əks olunurdu. SİA-nın məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski azərbaycanlı hərbi müxbir İdrak Camalbəylinin dəfn mərasimindən sonra sosial şəbəkələrdə yazıb.

İ.Camalbəyli martın 29-da uzun müddətdir yaşadığı Ukraynanın paytaxtı Kiyev şəhərində ürəktutmasından vəfat edib.

Dəfn mərasimində iştirak edən səfir Rusiya-Ukrayna müharibəsi başlayan dövrdən İdrak Camalbəylinin ən qaynar nöqtələrə getdiyini vurğulayıb: “O, bütün Avropanın sülhü və əmin-amanlığı üçün yüksək bədəl ödəyən Ukrayna xalqının şücaətini, qəhrəmanlığını göstərirdi”.

Bütün xəbərlər Facebook səhifəmizdə