Plastik və estetik əməliyyatlar: ehtiyac, yoxsa zərurət? - MÜNASİBƏT BİLDİRİLDİ
“Estetik müdaxilələrə tələbat günü-gündən çoxalır. Mən bunu xanımların internetdə və televiziyada olan simaları görməsi ilə əlaqələndirirəm. Bu simaların şəkilləri çox vaxt filtr altında çəkilmiş olur. Bloggerlər və ulduzlar öz həyat tərzlərindən danışarkən, təbii ki, gözəl həyat haqqında danışırlar. Bu insanlara daha çox cavan xanımlar baxırlar və düşünürlər ki, mən zahirən ona oxşasam, mənim həyatım da onun kimi uğurlu və parlaq ola bilər. Bir səbəb isə yaşla bağlıdır. Hazırda hər bir sahədə cavan və gözəl insanlara önəm verilir. Buna görə də xanımlar da daha gənc görünməyə çalışırlar”. Bu sözləri SİA-ya açıqlamasında kosmetoloq Sevinc Abdullayeva deyib.
Həmçinin kosmetoloq son zamanlar ona və həmkarlarına müraciət edən kişi pasiyentlərin sayının heç də az olmadığını qeyd edib: “Mənə və həmkarlarıma kişilər çox müraciət etməyə başlayıblar. Onlara daha çox “botulotoksin”, yəni mimik qırışların aradan götürülməsi proseduru edirik. Mən kişilərə çox vaxt “radiesse” preparatını tətbiq edirəm. Çünki bu preparat üzün cizgilərini itirmir prosedurdan sonra heç bir iz qalmır və bəylərimiz səhəri gün rahatlıqla işə gedə bilirlər”.
“Lazım olmayan prosedurları isə etmirəm. Ona görə də mənim xəstələrim daha çox 30-35 yaşdan yuxarı insanlardır. Onlarda artıq qocalma simptomları özünü göstərməyə başlayır və biz “Anti-Age” prosedurlar edirik. Cavanlar isə öz simalarını dəyişmək istəyirlər. Mən çox vaxt onları geri göndərirəm”,- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB