Kitab oxuyan insanla, oxumayan insan arasında bu fərqlər varmış - İZAH EDİLDİ
“Əvvəllər hər kəs özünü kitabla inkişaf etdirirdi. Amma indi sosial şəbəkələr həddən artıq inkişaf etdiyinə görə, insanlar kitaba çox müraciət etmirlər: “Ona görə də müşahidə edirik ki, insanlar mənən zəngin olmağın yollarını axtarırlar. Napoleon Hillin belə bir əsəri var, “Düşün və zəngin ol”, o əsərdə yazıçı özü deyir ki, bu kitabı ən azı on beş dəfə oxumalısınız ki, mənən zəngin olmağın yolunu tapasınız. Amma bu gün insanlar daha başqa yollarla mənəviyyatlarını zənginləşdirmək istəsələr də, buna nail ola bilmirlər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülnar Orucova deyib.
Psixoloq vurğulayır ki, kitab oxuyan insanla, oxumayan insan arasında böyük bir fərq olur: “Onun zəkasında, düşüncəsində, nitqində, davranışında bu fərqlilik özünü büruzə verir. Diqqət etdikdə görürsən ki, kitab oxuyan insanın nitq qabiliyyəti daha yüksəkdir, nəinki oxumayanın. Hazırda insanları müşahidə etdikdə görürük ki, fikrini izah etməkdə çətinlik çəkən insanlar daha çoxdur. Səbəb isə odur ki, onlar bədii ədəbiyyatdan, digər kitablardan az istifadə edirlər, buna görə də daha çox özlərini sosial şəbəkələrə həsr etdikləri üçün nitqlərində qüsur yaranıb”.
“Bu gün bir insan istəyirsə ki, övladının nitq bacarığı, düşüncəsi, qabiliyyəti artsın, digər uşaqlarla ünsiyyətə girsin, bunun üçün onda kitab oxuma bacarığı aşılamalıdır. Bu isə sırf uşaqlıq dövründən başlamalıdır. 6 yaşda şüuraltı tam formalaşdığı üçün bu yaşa qədər kitab oxuma vərdişini aşılamış olsaq, daha sonra onlar özü onu davam etdirəcək və mütaliə edəcək. Amma elə olur ki, çox zaman biz, uşaqda 6 yaşa qədər bunu formalaşdırmırıq, o böyüdükdən sonra isə deyirik ki, kitab oxumalısan və. s. Bu zaman uşaqda kitaba maraq yaranmır: “Çünki o, həmin marağı digər sahələrdə tapıb, sosial şəbəkələrdə, fərqli hobbilərdə öz maraq dairələrini birləşdirib”,- deyə psixoloq izah edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB