Yaz yorğunluğundan necə xilas olmaq olar? - PSİXOLOQ İZAH ETDİ

Yaz yorğunluğundan necə xilas olmaq olar? - PSİXOLOQ İZAH ETDİ

"Yaz gəldikdə qışın yorğunluğu, stress, soyuğa bir müddət adaptasiya olduqdan sonra istilər ilə allergik insanlarda allergiyanın başlanması baş verir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

O bildirib ki, necə ki, torpaqda yenilənmə olur, eləcə də insan bədənində fiziki, psixoloji və cismani olaraq da yenilənmələr olur: "Nə yaxşı ki, biz hələ bayramla bahara daxil oluruq. Bayramla daxil olmağın da psixoloji yanaşması var ki, yüksək əhval-ruhiyyə ilə bahara daxil olmuş oluruq. Əhval-ruhiyyənin tez-tez dəyişməsi də psixohəssas insanlara aiddir. Bizim bədənimiz, psixologiyamız da alışır ki, fəsillər dəyişir, bu, bizim üçün normaldır. Amma psixohəssas insanlar onsuz da fəslin, insanların dəyişməsinə, həyatlarına gəlib-gedən insanlara daha çox həssasdırlar. Ona görə də psixohəssas insanlarda daha çox yorğunluq, süstlük, əhval-ruhiyyədə dəyişkənlik müşahidə etmək olar".

"Əgər travma yoxdursa, insan xroniki depressiyadan əziyyət çəkmirsə, təbii ki, filmlərlə, sevdiyi yeməklərlə, sevdiyi yerləri gəzməklə, idmanla məşğul olmaqla bu zamanı keçirdə bilər. Ümumiyyətlə, fiziki hərəkət insanın psixologiyasına çox müsbət təsir edir, motivasiya edir, adrenalini, seratonin hormonunu artırır. Bunlar da xoşbəxtlik hormonlarıdır. İnsanın ağrılara, stressə qarşı dayanıqlılığını artırır. Sevdiyiniz işlə məşğul olun, sevdiyiniz insanlarla tez-tez işdən sonra görüşün. İşə qarşı daha motivasiyalı olmaq lazımdır.

Biz "bunu edin" deyirik, amma insanın daxilində travma, bloklar varsa, o bloklardan xilas ola bilməmisənsə, mütəxəssis yanına gedib xilas olmaq istəmirsənsə, bu problemə səthi yanaşılacaq. Əsl problem həll olunmayacaq. Ən yaxşısı problemin özünü kökündən həll etmək lazımdır. O problemi görürsənmi, həll etməyə hazırsanmı? Buna qarşı iradən varmı? Ondan sonra bu kimi hallar normal olacaq. Dərinləşmiş forması iki həftədən çox davam etsə, buna fəsil depressiyası demək olar. İnsanın əhval-ruhiyyəsi həm yüksələr, həm də düşər. Bunlara normal yanaşmaq lazımdır. Normal yanaşdığımız zaman həyat daha rahat keçər" - deyə o əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə