“Rumıniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən ölkə olub” - NAZİR

“Rumıniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən ölkə olub” - NAZİR

“Bu gün Azərbaycanla Rumıniya arasında Müştərək Komissiyanın növbəti iclası keçirildi. İki ölkə Strateji tərəfdaşdır və əlaqələr 15-ci ilə qədəm qoyur ki, inkişaf edərək, davam etdirilir”. SİA xəbər verir ki, bu sözləri media üçün brifinq zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, Ruminiya Azərbaycanın müstəqilliyini tanıyan 2-ci ölkədir və hər zaman Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən ölkə olub.

Qeyd etmək lazımdır ki, 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 670 milyon dollar olub. Bu istiqamətdə işlər davam etdirilir. Azərbaycan və Rumıniya bir çox sahələrdə birgə əməkdaşlığa sahibdirlər.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə