"5-10 bəyənmə üçün gərginlik yaradanlar cəzalandırılmalıdır" - MÜNASİBƏT BİLDİRİLDİ
Əlbəttə ki, elmi-texniki inkişafa uyğun olaraq, dünyada gedən müharibələrin metod və silahları da dəyişməkdədir. Reallıq və baş verən proseslər bir daha təsdiqləyir ki, artıq dünyanı bürüyən informasiya müharibəsi daha təhlükəli vasitəyə çevrilib. İnsanları asan yolla yönləndirən informasiya onların əhvalına daha sürətlə təsir edir. Artıq insanların böyük əksəriyyəti informasiya ehtiyaclarını ictimai rəyə güclü təsir imkanları olan sosial şəbəkələr vasitəsi ilə ödəyir. Bu tip informasiyalardan biri və ən vacibi ordu, müharibə, hərbi əməliyyatlarla bağlı olan xəbərlər, bir çox hallarda isə məxfi informasiyalardır. Şübhəsiz, insanlarda ən çox maraq doğuran məhz bu tip informasiyalardır. Onlar anlamırlar ki, dezinformasiya çox təhlükəli bir silahdır.
Yenidən müharibənin başlanması ilə bağlı sosial şəbəkələrdə yayılan dezinformasiyalar yayılıb. Bu saxta məlumatlar kimlərin marağına xidmət edir? SİA mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyevin fikirlərini öyrənib.

O bildirib ki, bu gün sosial şəbəkələrdə müharibənin başlamasına dair yayılan saxta məlumatlar birmənalı olaraq Ermənistan və onu dəstəkləyən qüvvələrin maraqlarına xidmət edir. Müharibənin başlaması və şəhidlərimizin olması ilə bağlı köhnə məlumatları yeni xəbər kimi ictimaiyyətə təqdim edən bəzi üzdəniraq sosial şəbəkə istifadəçiləri cəbhə bölgəsində xidmət edən hərbçilərimizin valideynləri və yaxınlarının bu xəbərləri oxuduqda hansı hissləri keçirdiyini qətiyyən nəzərə almırlar. Bu fəaliyyətlərin qarşısının alınması üçün qanunvericilik aktlarında zəruri olan dəyişikliklər həyata keçirilməlidir ki, hüquq mühafizə orqanları həmin şəxsləri aşkarladıqdan sonra onlara qarşı daha səmərəli və effektiv mübarizə apara bilsinlər. 5-10 dəfə bəyənmə qazanmaq üçün 10 minlərlə hərbiçinin valideynini narahat edənlər, ictimaiyyətdə gərginlik yaradanlar mütləq, həm də daha sərt səmərəli və effektiv şəkildə cəzalandırılmalıdırlar. Bundan başqa bu fəaliyyətlərə yol verənlərin ictimai qınağa səbəb olması üçün onların ad, soyadları, şəkilləri ictimailəşdirilməlidir. Əks halda bu fəaliyyətlər gələcəkdə yenə də təkrarlana bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB