Bu gecə ehtimal edilən üçüncü Qədr gecəsidir

Bu gecə ehtimal edilən üçüncü Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən üçüncü Qədr (əhya) gecəsidir. SİA xəbər verir ki, üçüncü Qədr gecəsi Ramazan ayının 22-dən 23-nə, yəni aprelin 1-dən 2-nə keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub.

Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (10 aprel) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə