31 mart soyqırımı beynəlxalq cinayət hadisəsidir - ŞƏRH

31 mart soyqırımı beynəlxalq cinayət hadisəsidir - ŞƏRH

Nurçin Novruzova,

Tovuz regional "Asan Xidmət" mərkəzində xüsusi notarius

Erməni millətçilərinin və onların tarixi himayədarlarının dəstəyi ilə son 200 illik tarixdə xalqımıza qarşı planlı və məqsədyönlü, düşünülmüş şəkildə hələ 1804-cü illərdən başlayaraq, yəni 1804-1828-ci, 1828-1918-ci illərdə, 1905-1907-ci illərdə, 1918-1920-ci illərdə, 1920-1991-ci illərdə, 1948-1953-cü illərdə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə, işğal və deportasiya siyasəti nəticəsində xalqımız ağır məşəqqətlərlə üzləşmiş, kütləvi qırğınlara məruz qalmış, mərhələli aparılmış bu qeyri-insani siyasət nəticəsində soydaşlarımız min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin salınaraq kütləvi qırğınlara, soyqırıma məruz qalmışlar. Soydaşlarımızın insan hüquqları kütləvi şəkildə pozulmuşdur.

1918-ci ilin martında azərbaycanlılara qarşı ermənilərin həyata keçirdikləri soyqırımı cinayətlərinə hüquqi-siyasi qiymət verilməsi məsələsinə Azərbaycan Xalq Cumhuriyyəti yaradıldıqdan sonra Nazirlər Şurası 1918-ci il iyunun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdir. Erməni vəhşiliklərini dünya ictimaiyyətinə çatdırmaq üçün xarici işlər Nazirliyinin nəzdində xüsusi qurum yaradılmışdı. 1919-cu və 1920-ci illərdə martın 31 Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümumi matəm ünü kimi qeyd edilmişdir.

Hələ 1965-ci ildə Mikoyanın SSRİ Ali Sovetinin sədri vəzifəsində olmasından məharətlə istifadə edərək tarixi həqiqətləri, faktları saxtalaşdıraraq, 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərini, mart soyqırımını, 1948-1953-cü illər deportasiya siyasətlərini ört-basdır etmək, sovet dövlətində azərbaycanlılara qarşı, türklərə qarşı əks fikirlər, nifrət hissi formalaşdırmaq planlarının davamı olaraq və beləliklə də Azərbaycana və onun xalqına qarşı növbəti dəfə işğal, təcavüz, soyqırımı təcavüz siyasətlərinin həyata keçirilməsi prosesində SSRİ rəhbərliyinin bir daha dəstəyinə nail olmaq məqsədilə guya 1915-ci ildə türklər tərəfindən özlərinin soyqırıma məruz qalmalarını uyduraraq, gündəmə gətirərək 1965-ci ildə SSRİ miqyasında, Ermənistanda qondarma, uydurma “erməni soyqırımı”nın 50 illiyini qeyd etmişlər. Sovet rəhbərliyinin dəstəyini isə ermənilər qeyd etdiyimiz kimi azərbaycanlılara qarşı soyqırımı işğal, deportasiya siyasətlərini 1988-1991-ciillərdə də davam etdirdilər. Müstəqillik əldə etdikdən sonra da beynəlxalq miqyasda cəzasızlıq şəraitindən istifadə edərək beynəlxalq erməni lobbilərinin, ermənipərəst dövlətlərin dəstəyi və köməkliyi ilə Azərbaycana qarşı işğal siyasərlərini 1993-cü ilin axırlarınadək davam etdirərək Dağlıq Qarabağı və ətraf rayonlarımızı işğal etmişlər. Ermənilərin işğalçılıq siyasətinə qarşı BMT Təhlükəsizlik Şurası 2 aprel 1993-cü ildə 822 saylı, 29 iyul 1993-cü ildə 853 saylı, 14 oktyabr 1993-cü ildə 874 saylı, 11 noyabr 1993-cü il tarixdə isə 884 saylı Qətnamələr qəbul etmişdir.

Əsas vəzifələrindən biri beynəlxalq mübahisələrin dinc vasitələrlə həll edilməsi olan BMT və onun nizamnaməsinə görə beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi, müdafiəsi üçün başlıca məsuliyyət təhlükəsizlik şurasının üzərinə düşməsinə baxmayaraq şuranın 5 daimi üzvü olan böyük dövlətlər nizamnamənin 39-cu maddəsinə uyğun olaraq BMT Təhlükəsizlik Şurası qarşısında təcavüzkar dövlətin məsuliyyəti məsələsini qoymamışlar. Təcavüzkar ermənistana qarşı Təhlükəsizlik Şurası BMT nizamnaməsinin VI-VII fəsillərinə uyğun olaraq məcburi tədbirlər həyata keçirməmişdir.

Qeyd etmək lazımdır ki, müasir, müstəqil dövlətçilik tariximizn banisi, Azərbaycan adlı şah əsərinin müəllifi və baş memarı, dünyəvi, siyasi xadim, Qurtuluş dahisi Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə 1993-cü ilin 15 iyununda hakimiyyətə qayıdışından sonra müasir müstəqil Azərbaycanımızın tarixində yeni bir dövrün başlanğıcını qoymuşdur.

Müstəqilliyimizin qorunub möhkəmləndirikməsi istiqamətində çox şaxəli işlərin tərkib hissəsi olaraq xalqımızın çox əsirlik dövlətçilik tarixinin dərindən öyrənilməsi, son 200 illik dövrü əhatə edən və sovet totalitar rejimi tərəfindən xalqımıza unutdurulan və ermənilərin maraqlarının təmin edilməsi məqsədilə saxtalaşdırılaraq unutdurulmağa çalışan faktların, tarixi həqiqətlərin, o cümlədən 1918-ci il mart soyqırımına hüquqi, siyasi qiymət verilməsi istiqamətində məqsədyönlü tədbirlər görülməyə başlanmışdır.

Müdrik rəhbərimiz Heydər Əliyev çox böyük uzaqgörənliklə 1918-ci ilin martında ermənilər tərəfindən törədilmiş soyqırımı cinayətinə hüquqi siyasi qiymət verilməsi məqsədilə 26 mart 1998-ci il tarixdə fərman imzalamış, mart soyqırımının, Xocalı soyqırımının tanınması, erməni işğalına, təcavüzünə son qoyulması, işğal altında olan torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində hakimiyyətdə olduğu 10 ildə çox böyük əhəmiyyət kəsb edən məsələlərin həll edilməsinə nail olmuşdur.

Dahi əvəzolunmaz şəxsiyyət, bənzərsiz dünyəvi siyasi xadim Heydər Əliyev siyasətinin davamı olaraq 2003-cü ildən xalqımızın dəstəyi ilə xilaskarlıq missiyasını öz üzərinə götürərək hakimiyyətə gəlmiş, XXI əsrin ən görkəmli bənzərsiz dünyəvi siyasi xadimi, 44 ünlük vətən müharibəsində dünyanın hərbi-siyasi, ideoloji müharibələr tarixinə yeniliklər bəxş etmiş, XXI əsir Azərbaycanımızın 20 illik tarixində ərazi bütövlüyümüzü, suverenliyimizi xalqımızın dəstəyi ilə, ordumuzun gücü ilə, şəhidlərimizin canı, qanı bahasına, uğurlu, məqsədyönlü, düşünülmüş siyasətinin nəticəsi olaraq təmin etmiş prezident cənab İlham Əliyevin qətiyyəti sayəsində BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini 44 gündə yerinə yetirərək 200 illik bir dövrü əhatə edən erməni soyqırımına, işğalına, təcavüzünə bir dəfəlik son qoymuşdur.

Ölkə rəhbərinin hakimiyyəti dövründə həyata keçirdiyi daxili və xarici siyasət həyata keçirərək, iqtisadi və hərbi qüdrətimizi günü-gündən yüksəldərək, ölkəmizdə iqtidar-xalq-ordu birliyinin əbədiliyini təmin edərək sosial siyasəti uğurla həyata keçirərək ölkəmizdə milli təhlükəsizliyimizi, ictimai-siyasi sabitliyimizi tam şəkildə möhkəmləndirərək, beynəlxalq miqyasda Azərbaycanın mövqeyini möhkəmləndirərək, beynəlxalq hüququn norma və prinsipərinə, BMT nizamnaməsinə, Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə uyğun olaraq ərazi bütövlüyümüzü, suverenliyimizi təmin etdiyinə görə, ölkəmizdə insan hüquq və əsas azadlıqlarının qorunması, təmin edilməsi istiqamətində dövlətimizin ali məqsədinin təmin edilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə çərçivəsində apardığı yüksək səviyyəli islahatlara görə,

“Biz qalib xalqın nümayəndəsi olaraq ölkəmizin prezidenti ilə fəxr edirik, qürur hissi keçiririk.
Soyqırımı qurbanlarının xatirəsi önündə səmimi baş əyirik.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin.
Allah prezidentimizi, ordumuzu qorusun!
Amin!

Bütün xəbərlər Facebook səhifəmizdə