“Hazırki dövrdə insanların zövqalma problemi çoxdur” - PSİXOLOQ DANIŞDI

“Xoşbəxtlik anlayışı hər insana görə fərqlidir. Elə insanlar var ki, xoşbəxtliyi maddiyata, elələri də var ki, mənəviyyata bağlayırlar. Ümumiyyətlə insanlar hər zaman xoşbəxt olmağa can atırlar. Amma xoşbəxtlik hər bir insanda fərqli xüsusiyyətlərə malik olur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Psixoloq bildirib ki, xoşbəxtliyin əlçatan yolu insanın öz daxilində tapdığı rahatlıq, xoşbəxtlikdir: “Əgər insan daxilində rahatlıq və xoşbəxtlik tapa bilmirsə, o zaman onun xoşbəxt olması da çətin olur.

Hazırki dövrdə insanların zövqalma problemi çoxdur. Ona görə də heçnə ilə xoşbəxt ola bilmirlər. Bəzən də insanların düşüncələri tamamilə mənfiyə köklənmiş olur. Eyni zamanda insanların özlərini başqaları ilə müqayisə etmələri onların xoşbəxt olduqları anları azaldır. Çalışmaq lazımdır ki, pozitiv düşüncə sahib olaq, bütün hadisələrə də bu cür yanaşaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə