“Peyvəndlər insanın virus xəstəliklərdən qorunması üçün çox vacibdir” - İNFEKSİONİST DANIŞDI

“Peyvəndlər insanların virus xəstəliklərdən qorunması üçün çox vacibdir. Ölkəmizdə də milli peyvənd təqvimi mövcuddur. Həmin peyvənd təqviminə əsasən müxtəlif virus xəstəliklərə qarşı peyvən vasitəsilə mübarizə aparılır”. Bu sözləri SİA-ya açıqlamasında infeksionist həkim Sadiqə Əliyeva deyib.

O bildirib ki, son dövrlərdə ciddi şəkildə yoluxması müşahidə olunan qızılca xəstəliyinə qarşı da milli peyvənd təqvimində peyvəndlənmə mövcuddur: Qrip və digər mövsümi xəstəliklərə qarşı peyvənd vurdurmaq istəyənlər isə planlı formada peyvənd vurdura bilərlər. Lakin milli peyvənd təqviminə daxil olan peyvəndlər isə bütün uşaq poliklinikalarda vurulur.

Bu məsələdə isə valideynlər xüsusi diqqətli olmalı və peyvənd vurdurmaqdan qaçmamalıdırlar”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə