DİQQƏT! Ölüm hökmü qüvvəyə minir? - AYDINLIQ GƏTİRİLDİ

“Ölüm hökmü Azərbaycan qanunvericiliyindən çıxarılıb. Ölüm hökmünün olub-olmaması çox müzakirə edilə bilər. ABŞ-də elə ştatlar var ki, orada ölüm hökmü qüvvədədir. Artıq cəmiyyət ölüm hökmündən imtina etməlidir. Cəzanın məqsədi var. Cəzanın məqsədi şəxsi islah etmək, başqalarını xəbardar etməkdir. Ömürlük azadlıqdan məhrum etmə cəzası da bir xəbərdarlıqdır - bu səhvləri etməyin, belə cinayətlərdən uzaq olun və sairə. Bir halda ki, cəzanın məqsədi şəxsi islah etməkdir, ölüm cəzası ilə şəxsi necə islah edə bilərik? Bu təklif anlaşılan deyil, qadın qətllərinə görə ölüm hökmü tələb etmək də anlaşılan deyil. Burada ayrıseçkilik var. Qadını öldürməyə görə ölüm hökümü verilsin, amma öldürdüyü bir kişidirsə, ölüm hökmü verilməsin, bu, absurd yanaşmadır”. Bu sözləri SİA-ya danışan vəkil Anar Qasımlı deyib.

Anar Qasımlı qeyd edib ki, Azərbaycan qanunvericiliyi ilə bu hallarla bağlı kifayət qədər sərt tədbirlər görülür: “Ona görə hər hansı ölüm hökmünün müzakirəsinə ehtiyac görmürəm. Bu məsələ Azərbaycanda gündəlikdən çıxarılıb. Cinayət törədən şəxs cəzanı hiss eləməlidir. Onun hər gün ağrı-acısını çəkməlidir. Müzakirə oluna bilər ki, cəzaçəkmə müəssisələrini sərtləşdirək. Cinayət törədən şəxslər daha sərt rejimlərdə cəza çəksinlər”.
Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə