Hazırkı pensiya yaşı Azərbaycan üçün çox böyük rəqəmdir - Sabir Rüstəmxanlı

“Bütün əhalinin təqaüd yaşına nəzər yetirmək lazımdır. Veteranlar bizə məktub yazır ki, dövlət bizim təqaüd yaşımıza yenidən baxsın. Heç olmasa, onların təqaüd yaşlarını 62-ə salmaq olar”. SİA xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı bildirib.

“Qadınların təqaüdünə də baxmaq lazımıdır. Bu yaş həddi Azərbaycan üçün çox böyük rəqəmdir. Deyirlər ki, Azərbaycan uzunömürlülər məskənidir, amma bu deyim artıq nağıllarda qalıb”.

Bütün xəbərlər Facebook səhifəmizdə