Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;

3. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;

4. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

5. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

6. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə