500-dən çox uşaq reabilitasiyayönümlü sosial xidmətlərlə təmin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisələri və ixtisaslaşmış sosial xidmət mərkəzləri vasitəsilə yanvar-fevral aylarında 500-dən çox uşağa reabilitasiyayönümlü sosial xidmətlər göstərilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, onlardan 356 uşaq agentliyin müəssisələrində stasionar və yarımstasionar şəraitdə sosial xidmətlərlə təmin edilib. Əlilliyi olan 149 uşaq isə qurumun ixtisaslaşmış sosial xidmət mərkəzlərində yarımstasionar sosial xidmətlərdən yararlanıb.
Son iki ayda, həmçinin qurumun sosial sifarişləri əsasında 2 600 nəfər əlilliyi olan uşağın asudə vaxtının səmərəli təşkili məqsədilə tədbirlər də təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB