Bayram tətilindən sonra iş prosesinə necə adaptasiya olunmalı? - PSİXOLOQ İZAH ETDİ
Yəqin ki, bayram tətilləri hər kəsin səbirsizliklə gözlədiyi günlərdir. Bayram günləri istirahət etmək gözəl olsa da tətildən sonra işə adaptasiya olmaq bir o qədər çox çətindir. Belə ki, bir çox insan tətil günlərində gündəlik rejimini pozduğu üçün işə fokuslana bilmir və çox əziyyət çəkir. Tətilin bitməsinə 1-2 gün qalmış artıq hər kəs özünü iş mühitinə alışdırmağa çalışır. Bir çoxları üçün bu asan olsa da, əksər insanlara görə bayramdan sonra işə adaptasiya olmaq olduqca çətin bir prosesidir. Bəs tətildən sonra işə adaptasiya olmaq üçün nə etməliyik? SİA mövzu il bağlı psixoloq Vüsalə Əmiraslanovanın fikrini öyrənib.
O bildirib ki, bayram günləri uzun müddət olduğuna görə insanlar əvvəlcədən özlərini ona hazırlayırlar: "Bu müddət ərzində böyük həvəslə, maraqla həmin günü gözləyirlər ki, dincəlsinlər, yarım qalmış işlərini həyata keçirsinlər. Amma bayramdan sonra yenidən işə qayıtmaq, yenidən bu qayğıları öz üzərlərinə almaq insanlara çətin gəlir. Ona görə də adaptasiya prosesi yavaş-yavaş gedir. Çalışmaq lazımdır ki, işə çıxmazdan bir gün əvvələ qədər tətili bitirsinlər, son bir günü digər günə hazırlıq prosesi olsun. Həm psixoloji, həm də fizioloji olaraq bəzən tətilin son gününə, saatına qədər də insanlar gəzməkdə olurlar. Getdikləri yerdən geri dönmürlər, yol yorğunu olurlar. Bu da psixoloji, fiziki yorğunluğu daha da artırır. Çalışmaq lazımdır ki, birdən-birə işə başlayanda çox da özlərinə güc gəlməsinlər. İstirahətə birdən-birə gediblərsə, birdən-birə işə gəlmələri yaxşı deyil. İstirahətdə insanlar dincəlir, amma işə qayıdandan sonra onlarda qəribə yorğunluq başlayır. İşə adaptasiya çətin olur, sürətlə alınmır. Bəziləri bunu gözləsələr də, bəziləri yorulur. Bir neçə gün yorulmaları normaldır. Amma çalışmaq lazımdır ki, bunu vərdişə çevirək. Yükümüzü yavaş-yavaş artıraraq işə adaptasiya ola bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB