Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən “Açıq qapı” günü keçirilir - YENİLƏNİR - FOTOLAR
Bu gün AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən “Açıq qapı” günü keçirilir. SİA xəbər verir ki, tədbirdə 1902-ci ildən bu günə qədər Azərbaycan ərazisində aparılan tədqiqatlarda istifadə olunan seysmoloji və geofiziki cihazlar nümayiş etdirilir.
Son yüz ildə Azərbaycan seysmologiyasının inkişaf mərhələləri və əldə olunmuş nəticələrə dair tədqimatlar, eləcə də, RSXM-nin seysmik stansiyalarından seysmik dalğaların Monitorinq Mərkəzinə qəbulu, seysmik dalğa məlumatlarının emalı, zəlzələ ocaqlarının mexanizminin öyrənilməsi metodları, GPS tədqiqatları və alınmış nəticələr haqqında məlumatlar iştirakçılara təqdim olunur.
Tədbirdə AMEA rəhbərliyi, ali məktəblərin tələbələri və orta məktəb şagirdləri iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB