"Şöbədə 3 istiqamətdə işlər aparılır: palçıq vulkanlarının analiz, seysmotoqrafiya işləri, ocaqda teknotik hərəkətlərin növləri hesablanır". Bu sözləri SİA-ya açıqlamasında Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri Səbinə Kazımova deyib.

O bildirib ki, 800-ə yaxın palçıq vulkanı var: "2022-ci ildə Azərbaycan ərazisində yeni şəbəkə yaradılmışdır. Qırmızı ilə işarələnmiş stansiyalar dünyada ilk dəfə palçıq vulkanlarının monitorinqi üçün istifadə olunan stansiyalardır. Həmin stansiyalar Kanadanın nanometrik şirkətinin cihazlarıdır. Bu stansiyaların arasında həm quyu tipli cihazlar, həm də yerin üstündə olan cihazlar var. Həmin cihazlar palçıq vulkanlarının dərinliyi, püskürmələrin müddətini qeyd etməyə imkan yaradır. Ən aktiv palçıq vulkanları Lökbatan, Quşçu palçıq vulkanlarıdır.
Palçıq vulkanları güclü zəlzələlərdən sonra da püskürür. 2019-cu ildə İsmayıllı rayonunda güclü zəlzələ baş verdi. Ondan sonra Quşçu palçıq vulkanı püskürdü. 120-yə yaxın palçıq vulkanı Xəzər dənizində yerləşir. Onlardan 8-i adət tipli, qalanı isə quyu tipli palçıq vulkanıdır. 2021-ci ildə Daşlı palçıq vulkanı püskürməsi qeydə alınıb. Son püskürmə 2022-ci ildə Lökbatan palçıq vulkanında baş verib. Bu yaxınlarda - martın 8-də Məlikçobanlı palçıq vulkanı püskürüb".
"Seysmotoqrafiyadan yer qabığının strukturunu, müxtəlif laylarını qeyd etmək üçün istifadə edirik. Zəlzələlərin dalğalarının əsasında şüalanma prosesi gedir. Yer qabığının və yerin müxtəlif laylarını qeyd etmək üçün istifadə olunan üsuldur.
Üçüncü istiqamətimiz isə ocaqda teknotik hərəkətlərin baş verməsidir. Əsasən 3 hərəkət baş verir: qırılıb düşmə, qırılıb qalxma, yerdəyişmə. Zəlzələ zamanı ocaqda hansı teknotik proses gedir? Məlumatlar əsasında müxtəlif bucaqlar qeydə alınır" - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB