"18 yaşdan sonra vətənpərvərlik hissini aşılamaq çətin olur” - PSİXOLOQ ŞƏRH ETDİ

"18 yaşdan sonra vətənpərvərlik hissini aşılamaq çətin olur” - PSİXOLOQ ŞƏRH ETDİ

“Yeniyetmələrdə keçid dönəmində şəxsiyyət tipinin formalaşması 13-18 yaşlarında olur. Hər bir şəxsdə fərdi və kimlik konsepsiyası bu yaşda özünü göstərir. Vətənpərvərlik hissi 13 yaşından etibarən inkişaf edir. 18 yaşdan sonra vətənpərvərlik hissini aşılamaq çətin olur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Ülviyyə Murtuzova deyib.

Psixoloq sözlərinə davam edərək bildirib ki, min vasitə ilə hərbi xidmətdən yayınmaq istəyənlər var: “Bunların problemi övladda deyil, birbaşa valideyndədir. 13-18 yaş arasında valideyn övladında problem görürsə, bunu müalicə etdirməlidir. Bəzi uşaqlar o şıltaqlığı və ərköyünlüyü əsgərlik dönəmində düzəldirlər. Fərd bu dönəmdə başa düşür ki, həyat mübarizədən ibarətdir. Bioloji və psixoloji immunitetində problem olmayan şəxslərin 18 yaşında hərbi xidmətə getməsində heç bir problem yoxdur”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə