Şəhid övladları üçün bayram tədbirləri təşkil edilib

Şəhid övladları üçün bayram tədbirləri təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişləri ilə şəhid övladları üçün Novruz şənlikləri təşkil edilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Salyan, Bərdə, Beyləqan və Tovuzda keçirilən bayram tədbirlərinin məqsədi şəhid övladlarının asudə vaxtlarının səmərəli təşkili olub.

Şənliklərdə ümumilikdə 2 mindən çox şəhid övladı iştirak edib.

Novruz adət-ənənələrinin nümayiş olunduğu tədbirlərdə təqdim edilən şeirlər, musiqi və rəqs nümunələri, həmçinin əyləncəli proqramlar, viktorinalar iştirakçılarda xoş əhval yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə