Şəhid leytenant Nadir Bədəlovun anası Tahirə Bədəlovanın “Qəlblərə paylanmışam” kitabı dünyadan vaxtsız köçmüş tanınmış həkim-nevroloq, istedadlı şair, xeyriyyəçi Mir Məhəmməd Mir Sədizadəyə həsr edilib.
SİA xəbər verir ki, nəfis tərtibatlı kitabda Zəngəzurun məşhur seyid nəslindən olan Mir Məhəmməd ağanın mənalı ömür yolu əks olunub, şeirləri, fotoları, dostlarının onun haqqında xatirələri toplanıb, mənsub olduğu nəslin Şeyx Mir Həmzə Seyid Nigari, Mir Sədi ağa, Mir Paşa ağa kimi nümayəndələrinin həyatı haqqında materiallar yer alıb.
Sumqayıtdakı 28 May Mədəniyyət Sarayında kitabın təqdimatı və Mir Məhəmməd həkimin anım mərasimi keçirilib. Tədbirdə onun haqqında çəkilmiş film göstərilib, şeirləri, sözlərinə yazılmış mahnılar səsləndirilib.
Kitabın 500 nüsxəsi tədbirdə iştirak edən tanınmış elm və ədəbiyyat xadimlərinə, ictimaiyyət nümayəndələrinə və kitabxanalara paylanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB