Cocuq Mərcanlıda Novruz bayramı münasibətilə konsert olub

Cocuq Mərcanlıda Novruz bayramı münasibətilə konsert olub

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin klub-icma mərkəzində Novruz bayramı münasibətilə şənlik və bayram konserti təşkil olunub. SİA xəbər verir ki, tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında musiqi əsərləri səsləndirilib.

Novruzun əsas atributları olan Keçəlin duzlu-məzəli zarafatları, Bahar qızın iştirakı şənliyə rəng qatıb. Bayram şənliyi sakinlər tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb

Uşaqların üz boyanması ilə başa çatan tədbir onların bayram əhvali-ruhiyyəsini daha da artırıb, bu günü onlar üçün unudulmaz edib.

Bütün xəbərlər Facebook səhifəmizdə