Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu tərəfindən həyata keçirilən “Diaspor Akademiyası” layihəsi çərçivəsində altıncı təlim keçirilib.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, “Zoom” proqramı vasitəsilə baş tutan altıncı təlim “Diasporun imici və nüfuzu” mövzusuna həsr edilib.
Təlimçi - Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov imic və nüfuz haqqında ətraflı danışaraq onların formalaşması mexanizmləri və mərhələləri, eyni zamanda, diaspor fəaliyyətində yaxşı imic və nüfuzun yaradılması yolları barədə məlumat verib.
İnteraktiv şəkildə keçən təlim zamanı iştirakçılar bu sahədəki təcrübələrini bölüşüb, qarşılıqlı fikir mübadiləsi aparılıb və onları maraqlandıran sualları təlimçiyə ünvanlayıblar.
Qeyd edək ki, “Diaspor Akademiyası” layihəsi bu ilin aprelinədək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB