Sosial şəbəkələrdə tanışlıq zamanı nələrə diqqət edilməlidir? - SOSİOLOQ AÇIQLADI
"Sosial şəbəkələrdə tanışlıq nəticəsində qurulan ailələrin statistikasına baxanda o qədər də möhkəm olmadığı müşahidə olunur". Bu barədə SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə elə sirli münasibət yaranır ki, insanlar kənarda 2-3 aya, yarım ilə qət edə bilmədiyi yolu sosial şəbəkədə 2-3 günə qət etmiş olur. Sanki insanlar bir-birindən pərdələnmədən, utanmadan istədikləri kimi danışır, öz daxili aləmlərini daha tez açırlar. Ona görə də sosial şəbəkə tanışlığı ilə real həyatda tanışlıq fərqlidir. Real həyatda yaxından tanış olduqda insanlar arasında bir-birini tanımaq, bir-biri haqqında düşünmək hadisələri yavaş-yavaş baş verir. Amma sosial şəbəkələrdə bu çox sürətlə baş verir. Burada bir-birini aldatmaq, özünü daha yaxşı şəkildə etmək variantları da çoxdur. Ona görə də sosial şəbəkələrdəki tanışlıqlar barədə deyə bilərik ki, yellə gəlib sellə gedir. Bu münasibətlər çox tez zamanda qurulur. Sanki insanların özünün daxili aləmində hazırlaşmadığı şəkildə bu yaxınlıqlar qurulur. Burada tələsik qərar vermək doğru deyil".
Sosioloq qeyd edib ki, amma bunlar o demək deyil ki, sosial şəbəkələrdəki tanışlıqların hamısında hökmən neqativ tərəfə baxmaq lazımdır: "Bu da insanların tanış olması, görüşməsi, daha yaxından tanıması baxımından bir vasitədir. Burada gözəl bir ailə də qurula bilər. Ona görə də burada diqqət etmək lazımdır ki, sürətlə tanışlıq nə qədər olsa da qərar verməkdə tələsmək lazım deyil.
Çalışmaq lazımdır ki, insanlar həyatda bir-birini daha yaxşı tanısın. Mənə elə gəlir ki, ailələrin tez dağılma səbəbi bunu nəzərə almamaq səbəbindən olur. Yəni insanlar tez tanış olur, hissləri onları aldadır, tez və yanlış qərar verirlər. Sosial şəbəkələr tələsiklik olmasa tanışlığın bir növüdür burada qeyri-adi pis bir şey yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB