Böyük Qayıdışla bağlı fləşmob keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi doğma yurdlarına qayıtmış keçmiş məcburi köçkünlərin iştirakı ilə fləşmob keçirib. Komitənin mətbuat xidməti departamentindən SİA-ya bildiriblər ki, fləşmobun çəkilişləri Laçın və Füzuli şəhərlərində, Laçın rayonunun Zabux, Zəngilan rayonunun Ağalı kəndlərində aparılıb.

Qeyd edək ki, Böyük Qayıdış Qarabağa və Şərqi Zəngəzura yeni nəfəs gətirir, işğaldan azad edilmiş ərazilərin dirçəlişini sürətləndirir. İndiyədək 1453 ailə, yəni, 5719 nəfər doğma yurda köçürülüb. Böyük Qayıdışa dair birinci Dövlət Proqramı çərçivəsində icra olunan genişmiqyaslı tədbirlər bu siyasətin uğurla həyata keçirilməsini təmin edir.

Bütün xəbərlər Facebook səhifəmizdə