Şəhid ailələri Novruz bayramı münasibətilə ziyarət edilib - FOTOLAR

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov və təşkilatın əməkdaşları tərəfindən şəhid ailələri ziyarət edilib, Novruz Bayramı münasibətilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi yad edilib, onlara təşkilat rəhbərliyinin təbriki çatdırılıb və bayram sovqatları təqdim olunub. SİA xəbər verir ki, şəhid ailələri dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə