Kibercinayətkarlıqla necə mübarizə APARILMALI? - ŞƏRH EDİLDİ

“Kibercinayətkarlıq müasir dövrdə istənilən dövlətin fəaliyyətinin, cinayətkarlıqla mübarizəsinin ən mühüm istiqamətlərindən biridir. Çünki elmin, texnologiyanın inkişafı bütün digər istiqamətlərdə yeni imkanlar açır və təəssüf ki, bu imkanlardan cinayətkarlar da istifadə etməyə çalışırlar”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Ekspert bildirib ki, müasir texnologiyalar müxtəlif sahələrdə cəmiyyət həyatının təkmilləşdirilməsinə imkanlar açdığı qədər, cinayətkar qrupların da təsir dairəsinin genişlənməsinə şərait yaradır: “Bu nöqteyi-nəzərdən kibercinayətkarlıqla mübarizə hazırda istənilən dövlətin fəaliyyətinin ən vacib istiqamətlərindən biridir. Kibercinayətkarlıqla mübarizə milli təhlükəsizliyin qorunması baxımından çox vacibdir. İstənilən dövlət öz potensialının böyük bir hissəsini bu istiqamətə sərf etməsə, həmin dövlətin təhlükəsizliyindən söhbət gedə bilməz.

Həmçinin Azərbaycanda da kibercinayətkarlıq və onun bütün formalarına qarşı mübarizə bütün istiqamətlərdə qurulub və davam etdirilir. Kibercinayətkarlıqla mübarizə əhalinin maarifləndirilməsi istiqamətində gedir və bu cür da davam etməlidir. Çünki istənilən şəxs harada olmasından asılı olmayaraq kibercinayətkarların qurbanı ola bilər. Buna görə də cəmiyyətin maarifləndirilməsi olduqca vacibdir. Həmçinin ölkəmizdə hüquqi müstəvidə də kibercinayətkarlıqla mübarizə aparılır. Kibercinayətkarlıqla mübarizə aparan dövlət qurumlarının olması da dövlətin məsələyə olan xüsusi diqqətinin göstəricisidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə