Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Martın 18-də Kəngərli rayonunun yaradılmasının 20 illik yubileyi münasibətilə tədbir keçirilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Kəngərli rayon mərkəzində ucaldılan abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb. Sonra rayon Mədəniyyət sarayının foyesində əl işləri və ailə təsərrüfatı məhsullarından ibarət sərgiyə baxış olub.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, AMEA Naxçıvan Bölməsinin əməkdaşı Elxan Məmmədov və Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin müəllimi Abbas Qasımov rayonun keçdiyi inkişaf yolundan ətraflı söhbət açıblar.

Tədbir rayon Mədəniyyət Şöbəsinin hazırladığı konsert proqramı ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə