Sumqayıtda "Bulvar" küçəsində YENİLİK - FOTOLAR

Sumqayıt şəhəri "Bulvar" küçəsində hərəkətin təhlükəsiz və fasiləsiz olması üçün yeni yol nişanları quraşdırılıb. SİA-nın əməkdaşının verdiyi məlumata görə, mütəmadi olaraq yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazilərdən biri də Sumqayıt şəhər "Bulvar" küçəsinin son dayanacaq nöqtəsi idi. Məhz bütün bunlar nəzərə alınaraq sözügedən ərazidə hərəkətin istiqamətini göstərən yol nişanları quraşdırılmışdır. Nişanlar quraşdırıldıqdan sonra isə yol-nəqliyyat hadisələrinin sayı kəskin sürətdə azalıb.

Bütün bunlarla bərabər "Bulvar" küçəsində eyni səviyyəli piyada keçidlərində asfalt üzərinə çəkilmiş işığı əks etdirən yol nişanları da quraşdırılıb.

Həmçinin Sumqayıt şəhəri "Simurq" deyilən ərazidə yeni yol nişanları quraşdırılmışdır ki, yaxın üç gün ərzində də ərazi svetaforlarla təmin ediləcək. Beləki hərəkətin sərbəst olması üçün 3.27 və digər yol nişanları quraşdırılıb ki, bu da yolayrıcında dayanmanı qadağan edir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə