Nazir müavini 6 rayonun vətəndaşlarını qəbul edib - FOTOLAR

Nazir müavini 6 rayonun vətəndaşlarını qəbul edib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bölgələrdə vətəndaşların qəbulu ilə bağlı tapşırıq və tövsiyyəsinə uyğun olaraq 16 mart 2024-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müavini Vüqar Kərimov Lənkəranda 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində Lerik, Astara, Masallı, Lənkəran, Yardımlı, Cəlilabad rayonlarının vətəndaşlarını qəbul edib. Vüqar Kərimovla birlikdə qəbulda nazirliyin rəsmiləri və tabeliyində olan yerli qurumların rəhbərləri də iştirak ediblər.

Qəbul zamanı bölgədə ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli yolları, vətəndaşların işə qəbulu ilə əlaqədar və s. məsələlərlə bağlı müraciətlərə və təkliflərəbaxılıb. Nazir müavini hər bir müraciətin araşdırılması və onların qanun çərçivəsində həllolunması üçün nazirliyin müvafiq strukturlarına konkret tapşırıq vermişdir.
Bölgənin vətəndaşları qəbul üçün yaradılan şəraitdən razı qaldıqlarını və onlara göstərilən qayğıya görə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Görüşdən sonra nazir müavini Vüqar Kərimov nazirliyin yerli qurumlarının rəhbərləri ilə birlikdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Masallıda keçirilən ağacəkmə aksiyasında iştirak edib. Rayonun 11 saylı Regional Meşə Təsərrüfatının xidməti ərazisində bölgənin relyefinə uyğun 3500 ədəd ağac və kol əkilib.
Aksiyada ictimaiyyətin nümayəndələri və könüllülərdə iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə