Sosial sahədəki e-xidmətlərə yanvar-fevral aylarında 545 min müraciət qeydə alınıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2024-cü ilin ilk iki ayında 545 min müraciət qeydə alınıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 857 min dəfə istifadə olunub. 45,8 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir.
Həmin qurumlardan sorğular da daxil olmaqla, ümumilikdə nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 100 milyon olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB