Yaşa görə aylıq müavinət alanların sayı AÇIQLANDI

Yaşa görə aylıq müavinət alanların sayı AÇIQLANDI

2024-cü ilin fevral ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 147 min nəfərdən çox olub. Dövlət Sosial Müdafiə Fondundan SİA-ya verilən xəbərə görə, onların 29,1%-ni kişilər, 70,9%-ni isə qadınlar təşkil edib.

Qeyd edək ki, 2023-cü ilin oktyabr ayında Azərbaycan Respublikası üzrə yaşa görə aylıq sosial müavinət alanların sayı 142 min nəfərə yaxın olub.

Onların 27,0%-ni kişilər, 73,0%-ni isə qadınlar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə