Valideynlər hansı nüanslara xüsusi diqqət ayırmalıdır? - PSİXOLOQ FİKRİ
“Ailə daxilində bayramların keçirilməsi çox böyük əhəmiyyət daşıyır. Bu əhəmiyyətin ən mühüm hissəsi isə bütün ailə fərdlərinin birgə olmasıdır. Uşaqlar ailəni birgə gördükdə çox sevinir, xoşbəxt olurlar. Bayramların birgə qeyd olunması isə bu xoşbəxtliyin təmin olunmasında mühüm rol oynayır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
Psixoloq bildirib ki, bayramlar qeyd olunmadıqda isə uşaqlar məyus olurlar: “Çünki digər uşaqlardan bu barədə soruşurlar və kiminsə ailəsində bayram yüksək səviyyədə qeyd olunubsa, bütün ailə bir araya gəlibsə bu artıq onlara pis təsir göstərir. Belə olan halda özlərini yetərsiz hiss edir, ailəsini bəyənməmək hissinə qapılırlar.
Ümumiyyətlə uşaqların ən böyük travması diqqətdənkənar qalmaqdır. Belə olan halda isə onların psixoloji travmaları daha da artır. Buna görə də uşaqların ad günlərinə, bayram günlərinə xüsusi diqqət ayırmaq lazımdır. Bu zaman uşaqlar özlərini xoşbəxt hiss edirlər.
Ölkəmizdə də bayramların keçirilməsinə xüsusi diqqət ayrılır. Müxtəlif yerlərdə bayram proqramları hazırlanır, şəhər bayram abu-havasında bəzədilir. Lakin bütün bunlarla bərabər ailə daxilində bayram qeyd edilmədikdə, uşaqlar valideynlərin narazı qalır, xoşbəxt ola bilmirlər. Bu səbəbdən də valideynlər mütləq şəkildə qeyd olunan nüanslara xüsusi diqqət ayırmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB