"Qadınlar gənclik dövründən çıxdıqca qocaldığını düşünürlər" - PSİXOLOQ DANIŞDI

"Qadınlar gənclik dövründən çıxdıqca qocaldığını düşünürlər" - PSİXOLOQ DANIŞDI

"İnsan cəmiyyətində həm kişilər, həm də qadınlar müəyyən məqsədlər üçün bir-biriləri ilə rəqabətə girirlər. Məqsədləri əks tərəfin xoşuna gəlmək, öz cinsləri arasında seçilmək və s. daxildir. Kişilər üçün əsas güc anlayışıdır, zaman keçdikcə düşüncə dəyişir. Bir vaxtlar fiziki güc, pul, indiki dövrdə intellekt, karyerada irəliləmək mənasına gəlir". Bu sözləri SİA-ya danışan psixoloq Fuad Əsədov deyib.

Onun sözlərinə görə, kişilər həm öz həmcinsləri ilə müqayisədə daha intellektual yaxud karyerası öncül olmaq istəyirlər, həm də qadınlar üçün bunu edirlər: "Çünki qadınların seçimlərində kişinin güclü olması, ayaqları üzərində durmağı bacarması önəm daşıyır. Qadınlara görə isə gözəllik və cəlbedicilik anlayışı kimi başa düşülür. Onlar da ya kişilər, ya da həmcinsləri arasında diqqət çəkməyə cəhd göstərirlər. Qadının gözəlliyi, sağlamlığı, cəlbediciliyi yaşı ilə əlaqədardır".

Psixoloq sözlərinə davam edərək bildirib ki, müəyyən yaş dövründə qadınlar çəkici, maraqlı görünürlər: "Gənclik dövründən çıxdıqca qocaldıqlarını fikirləşirlər. Qadınlar makyajlardan, estetik əməliyyatlardan istifadə edirlər ki, gözəl və gənc görünüşə sahib olsunlar. Təbii, bunlar kişilərə də şamil edilir. Lakin qadınlar həmin vasitələrə çox üz tutur. Qadınlar gənc görünmədikləri zamana daxil olanda yaşlarını gizlədirlər. Yaşları özləri üçün dilə gətirmədikləri "acı həqiqət" olur, həmçinin qarşı tərəfin bilməsini istəmirlər".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə