"Ölkədə qida təhlükəsizliyinin təmin olunması təkcə Azərbaycan vətəndaşlarının sağlamlığının təmin edilməsi məsələsi deyil, həm də Azərbaycan mallarının xarici ölkələrə çıxarılması məsələsidir". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, illər boyu Azərbaycanın cəmi 3-4 məhsulu Avropa bazarına çıxarılıb: "Bu, balıq və balıq məhsullarıdır. Qida Təhlükəsizliyi Agentliyinin bircə əsasnaməsinə baxsaq, burada qidanın təhlükəsizliyinin təmin olunması məsələsi önə çəkilir. Yəni ölkədə təhlükəsiz qida istehsalı olsun, həm Azərbaycan vətəndaşları üçün, həm də Azərbaycan mallarının xarici bazara çıxarılması üçün əhəmiyyətlidir. Bilməliyik ki, Azərbaycan aqrar ölkədir. Hələ də uzun müddət sənaye ölkəsi ola bilməyəcək. Aqrar ölkənin də kənd təsərrüfatı məhsulları təhlükəsiz olarsa, o zaman xarici bazara çıxa bilər, ölkəyə valyuta gətirə bilər. Çox təəssüflər olsun ki, Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsində yalnız qidanın təhlükəsizliyinin təmin olunması nəzərdə tutulur. Qidanın keyfiyyəti məsələsi arxa planda qalıb. Ona görə təəssüf deyirəm ki, qida təhlükəsiz, həm də keyfiyyətsiz ola bilər. Təhlükəli qida insanı bir anda öldürür. Təhlükəsiz qida isə yavaş-yavaş insanın orta ömrünü qısaldır. Bu məsələ çox ciddi məsələdir. O mənada ciddi məsələdir ki, insanların sağlamlığı, produktiv həyat keçirməsi, əlbəttə, ölkəmiz üçün əhəmiyyətlidir.
Bu gün - 15 mart Beynəlxalq İstehlakçılar günüdür. Dünən bu günü müvafiq dövlət orqanları, Qida Təhlükəsizlik Agentliyi, eləcə də, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qeyd etdi. Son on ildə dövlət orqanları bu günü qeyd edirlər. İstehlakçı bazarın şahıdır, istehlakçı hesabına bütün biznes mövcuddur. Lakin, görək, istehlakçının uzun ömrü, sağlamlığı kimə lazımdır? Bu da başqa məsələdir. Yəni hansı karola, baş nazirə lazımdır ki, istehlakçı uzun ömürlü olsun, dövlətdən pensiya alsın və sair. Sağlam istehlakçı özünə lazımdır. Bazar iqtisadiyyatı şəraitində bazar münasibətlərinin sürətlə inkişaf etdiyi şəraitdə biz istehlakçıların beynini yorurlar, izafi bir istehlakçıya çevirirlər. Ona görə də hazırda Azərbaycan bütün bu səbəblərdən COP29 dünya yığıncağı qarşısındadır. Burada istehlakçı davranışı xüsusi rol oynayır. Çünki yer kürəsini dağıdan, onu israf edən biz istehlakçılarıq. Bizim davranışlarımız dəyişməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB