"Post müharibə dövründə 474 avtomobil müharibə əlillərinə təqdim edilib" - Əli Əsədov

"Post müharibə dövründə 474 avtomobil müharibə əlillərinə təqdim edilib" - Əli Əsədov

"Hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri çərçivəsində hərbi qulluqçulara 473 ədəd tam təmirli mənzil alınıb". SİA xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bugün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.

Ə.Əsədov bildirib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqət və qayğısı ilə post müharibə dövründə 6000 mənzil şəhid ailələri, müharibə əlillərinə və həssas təbəqədən olan digər şəxslərə verilib, habelə 474 avtomobil müharibə əlillərinə təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə