“Ətraf mühitin qorunmasının əsas elementlərindən biri, əlbəttə ki, yaşıllıqların qorunmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq Cəmşid Quliyev deyib.

Onun sözlərinə görə, yaşıllıqlar dedikdə, ilk növbədə, ağıla meşə sahələri gəlir: “Ölkəmizdə yaşıllıqlar heç qorunmur demək də olmaz. Müəyyən səviyyədə, əlbəttə ki, qorunur və buna cəhd olunur. Amma məsələnin daha da önə çəkilməsi yaxşı olar”.
Cəmşid Quliyev özlərinə belə davam edib: “Yaşıllıqların qorunmasına daha çox diqqət ayrılmalıdır. Onların bərpası çox vacibdir.
Yeni meşə massivləri salınması kimi məsələlər hər zaman öndə olmalıdır. Bunlar edilsə də, tinglər əkildikdən sonra onlara qulluq olunması məsələsi həmişə nədənsə yetərincə olmur”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB