Günümüzdə əsgərliyə yollanmamaq üçün hərbi xidmətdən yayınmaq istəyənlər hələ də var. Bəs, hərbi xidmətdən boyun qaçırmaq istəyən şəxsləri hansı cəza gözləyir? SİA mövzu ilə bağlı vəkil Turan Abdullazadə və hərbi ekspert Ədalət Verdiyevin fikirlərini öyrənib.
Vəkil Turan Abdullazadə: “Cinayət Məcəlləsinin 321-ci maddəsində hərbi xidmət keçməkdən boyun qaçırma cinayəti öz əksini tapmışdır.
Cinayət Məcəlləsinin 321.1-ci maddəsinə əsasən, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma - iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər müharibə vaxtı törədildikdə - üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Hərbi ekspert Ədalət Verdiyev: “Hər bir Azərbaycan gənci mövcud konstitusiyanın şərtlərinə uyğun olaraq hərbi xidmət keçməlidir. Azərbaycanda hərbi xidmətdən yayınma hallarına demək olar ki, rast gəlinmir. Əgər olsa da bu barmaqla sayılacaq qədər azdır.
Son bir il ərzində həyata keçirilən tədbirlər sayəsində Azərbaycan kifayət qədər nailiyyyətlər əldə edib. Əvvəlki illərdə müxtəlif əyri yollarla hərbi xidmətdən yayınan 500 nəfərə qədər heyət bu ilin yanvar ayı ərzində ordu sıralarına göndərilir. Onlar arasında 32 yaşında olan çağırışçılar belə var. Odur ki, mən sağlamlığı imkan verən gənclərimizin çağırış yaşına çatdıqda, qanunvericiliyə müvafiq şəkildə hərbi xidmətə getməyini vacib bilirəm.
Hesab edirəm ki, ən yaxşısı gənc yaşlarında, ailə qurmamışdan əvvəl, təhsili başa vurduqdan dərhal sonra hərbi xidmətə yollanmaq və vətənimizin sərhədlərini qorumaqdır”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB