Qoxu yaddaşı həyatımıza necə təsir edir? - PSİXOLOQ İZAH ETDİ

Qoxu yaddaşı həyatımıza necə təsir edir? - PSİXOLOQ İZAH ETDİ

"Hər bir qoxu, iybilməmiz bizim duyğu üzvlərimizdən biri olaraq, duyğularımızı ifadə edir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova deyib.

Onun sözlərinə görə, biz iylərin sayəsində hər hansı hissi xatırlaya bilər və nə zamansa o qoxunu hiss etmişiksə, nostalji yaşaya bilərik: "Qoxular həyatımızda hətta ehtirasımızın da meydana gəlməsinə şərait yaradır. Afrodizyak qoxular var ki, bunlar insanlarda ehtirası oyadır. Digər qoxular da var ki, bunlar insanların məişətdə, evində, hansısa ədvaların ümumiləşməsindən ibarət olan qoxulardır və evlərdə həkk olur. Sanki möhür kimi bu evlərdən daima o qoxu gəlir, heç vaxt yaddaşdan silinmir.

Hər bir qoxu insanın hafizəsində bir təəssüratla yadda qalır. Romantik insanlar qoxuları duyarkən hansısa məkanda keçmiş həyat hadisələrini xatırlayırlar. Qoxular nəinki keçmişə qayıtmaqla əlaqəlidir, həmçinin insan həyatında onu pozitivliyə kökləyəcək, ruhlandıracaq, sevgi oyadacaq təəssürat da bağışlayır. Qoxu insana energetik olaraq güc də verə bilər. Qoxu insanda qorxu da, nifrət və ikrah da yarada bilər".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə