“Növbəti ruzi ili”

Yer üzündə yaranan əkinçilik mədəniyyəti

Azıx mağarası mövcud olduqdan sonra İnsanlar yeni həyat tərzinə başlayırlar, yüzilliklər - minilliklər keçdikcə, ərazidə yaşayan insanların sayları çoxaldıqca yeni həyat şəraiti qurmağa və ərzaq məhsulları haqqında düşünməyə başlayırlar. Ovçuluq və yığıcılıqla məşğul olan insanlar məskunlaşdıqları ərazilərdə olan ot və kol bitkilərinin yetişməsini müşahidə edir, onların toxumla çoxalmasına nəzarət edirdilər. Nəticədə insan üçün əlverişli qida vasitəsi olan taxıl bitkisinin (taxılkimilər fəsiləsinin) uzun müddət saxlanma qabiliyyətinə malik olmasına diqqət edirlər. Müşahidələr zamanı yazlıq buğdanın əkin, səpin, becərmə və yetişməsini müşahidə edən insanlar bitki üçün əkin-səpin sxemini qurmağa çalışırlar. Uzun müddət davam edən təcrübələr bitkinin 120 günlük becərilməsini və əkin, səpin sxeminin qurulmasını təmin edirlər. Minilliklərin təcrübəsi bitkinin becərilməsinə, məhsulun yığılaraq uzun müddət saxlanılmasına və ərzaq məhsulu kimi istifadə olunmasına gətirib çıxarır. İnsanlar sahələri şumladıqdan sonra “Kiççik çillənin” sonunda? Yəni fevral ayının 01-20 tarixində səpin işlərini başa çatdırırlar.

“Boz” ayın (20 fevral - 20 mart ayı tarixində) əvvəlində bitkinin səpilmiş toxumlarının şişməsi üçün “Boz” ayın birinci çərşənbə axşamı günü “Su cərşənbəsi”ni qeyd edir və yaradandan su istəyirlər. Səpilmiş toxumun şişməsi üçün suyun ( nəmliyin ) vacib olduğunu müşahidə edən insanlar, həftə ərzində toxumun şişməsini gözləyirlər. Bu məqsədlə şişmiş toxumun şaxtalardan qorunması üçün tonqallar yandırılır və şənliklər keçirirdilər. XX-ci əsrdə elm toxumun cücərməsi üçün vacib olan amillərin “nəmlik,” “temperatur,” “hava” olduğunu müəyyən etmişdir.

“Boz“ ayın ikinci “çərşənbə axşamı” günü şişmiş toxumun cücərməsini görən insanlar “Od çərşənbəsi “ni (temperatur) qeyd edirlər. Günəşə “ od “ deyən insanlar yaradandan istilik istəyirlər və tonqallar yandırmağı davam edirlər. Toxumun cücərməsi tam başa çatmamışdır.

“Boz” ayın üçüncü “çərşənbə axşamı” günü sahələrdə olan insanlar “Yel çərşənbəsi”ni qeyd edir və yaradandan Yel (Hava) istəyirlər. Bitkinin cücərməsini maraqla izləyən insanlar toxumun cücərməsini yaxından müşahidə etməyə başlayırlar, cücərmiş toxumların ətrafına əl gəzdirən zaman dərinə düşmüş toxumların çətin cücərdiyini görürlər. Elm inkişaf etdikcə XX əsrdə sübut olundu ki, taxıl səpən aqreqat toxumu 3-5- sm dərinliyə səpilməlidir, torpağın üst qatına düşən toxumlar tez cücərir və dərinə düşən toxumlar isə gec cücərir. Qədim insanlar bu halı görür və “tanrıdan” yel (hava) istəyirlər ki, dərinə düşmüş toxumlar hava alaraq cücərsin.

“Boz “ayın dördüncü “çərşənbə axşamı” günü sahələrin cücərdiyini görən insanlar, torpaq çərşənbəsini qeyd edirlər. Cücərmə tam başa catmışdır. Torpağa minnətdarlıq ifadəsi kimi qeyd olunan bu şənliklər, torpağa olan inamın, onun bərəkətinin və onlara lazım olan ruzi - qismətin varlığı üçün yaradana (tanrıya) dualar edirlər.

Qarşıdan “Növbəti ruzi” ili gəlir, insanlar bu məqsədlə şənlənir və bayrama hazırlaşırlar. “Novruz “ bayramı xüsusi təbiət hadisələri ilə qeyd olunur, belə ki gecə ilə gündüz bərabərləşir, Günəş ekvator xəttini keçərək yerin cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir, “Yaz” fəsli öz gözəlliyini göstərir, tarixdə yer üzünün ən dəqiq təqvimi ilə yeni il gəlir və insanlar üçün daha vacib olan yazlıq buğdanın yetişməsinə 90 gün qalır. Çünki iyun ayının 20-də “yay” fəsli gəlir və taxıl biçini başlayır. Taxılın becərilməsi üçün vacib olan 7 amilin cücərmə, kollama, boruya cıxma, sünbülləmə, çiçəkləmə, dənin dolması, yetişmə fazaları və biçinin başlanması haqqında məlumatlar “Qobustan” yaylasındakı qayaüstü rəsmlərdə öz əksini tapmışdır. (Rəsmlərə baxmağa ehtiyac var.)

“Növbəti ruzi” ilinin gəlişi insanlar üçün ərzaq və qida mənbəyi hesab olunur, ot bitkiləri cücərir, kol bitkiləri yetişməyə başlayır, yarım kol, tumlu, çəyirdəkli və qəyirzəkli bitkilərin yetişməsini gözləyən insanlar yeni əhvali ruhiyyə ilə yaşayırlar.

Tərtib etdi:

Azər Kazımov

Alim aqronom

Bütün xəbərlər Facebook səhifəmizdə